Son yenilənmə: 04.10.2026
1. Sifarişdən əvvəl yoxlayın
Ödənişi təsdiqləməzdən əvvəl oyun, məhsul, məbləğ, Player ID/UID, server, zone, region və tələb olunan digər məlumatların düzgünlüyünü yoxlayın. Bəzi oyunlarda ad/nickname yoxlaması köməkçi məlumatdır və sifariş məlumatının düzgünlüyü üzrə yekun məsuliyyəti əvəz etmir.
2. Top up sifarişləri
Top up sifarişi uğurla emal edildikdən və rəqəmsal məhsul daxil edilmiş oyun hesabına çatdırıldıqdan sonra həmin məhsul adətən geri çəkilə və başqa hesaba köçürülə bilmir. Səhv Player ID, server və ya region daxil edilməsi nəticəsində məhsul uğurla başqa hesaba çatdırılıbsa, geri qaytarma mümkün olmaya bilər.
3. E-pin və voucher sifarişləri
Voucher və e-pin kodları məxfi rəqəmsal məhsuldur. Kod təqdim edildikdən sonra onu üçüncü şəxslərlə paylaşmayın. Kodun alıcıya göstərilməsi və ya göndərilməsi rəqəmsal çatdırılma hesab olunur. Təqdim edilmiş, etibarlı və ya artıq istifadə edilmiş kodlar geri qaytarılmır. Kod ilk istifadədə etibarsızdırsa, sifariş nömrəsi və tələb edilən sübutlarla dəstəyə müraciət edin.
4. Sifariş statusları
- Gözləyir / Pending: sifariş qəbul edilib, icra gözləyir;
- Emal olunur / Processing: sifariş provayder və ya sistem tərəfindən icra edilir;
- Tamamlandı / Completed: məhsul çatdırılıb və ya kod təqdim edilib;
- Ləğv edildi / Canceled: sifariş icra edilməyib və uyğun hallarda məbləğ geri qaytarılır;
- Yoxlama tələb olunur: sifariş avtomatik nəticələnməyib və dəstək yoxlaması tələb edir.
5. Gecikmə və texniki problem
Bəzi oyunlarda və ya rəqəmsal xidmətlərdə texniki gecikmə baş verə bilər. Eyni sifarişi təkrar yaratmazdan əvvəl mövcud sifarişin statusunu yoxlayın. Çatdırılmayan sifarişlər Geri qaytarma və ləğv siyasətinə uyğun araşdırılır.
6. Təhlükəsizlik
Dəstək əməkdaşı sizdən bank kartının tam nömrəsini, CVV/CVC kodunu və şəxsi hesab parolunu tələb etməməlidir. Dəstəyə müraciət zamanı sifariş nömrəsini təqdim edin.